Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO

Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO

Hazırda oxunan: Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO
592381
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu gün Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub.

Bildirilib ki, qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri kimi Qarağacı qəbiristanlığında ilk dəfn olunan şəxsdir.

Qeyd edək ki, Ü. Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb.

O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi.

Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO - foto 1
Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO - foto 2
Bir ay öncə ev verilən qazi vəfat etdi - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO