Sosial şəbəkələrdə Xocavənd rayonunda baş verən qəzanın görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, fevralın 7-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı şirkətə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Qəza nəticəsində 21 nəfər xəsarət alıb. Hazırda 13 nəfərin müalicəsi Bakı Sağlamlıq Mərkəzində davam etdirilir.
Bizim.Media