Quru dondurmalar faydalıdırmı? - YENİ TREND

Quru dondurmalar faydalıdırmı? - YENİ TREND

Hazırda oxunan: Quru dondurmalar faydalıdırmı? - YENİ TREND
592025
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər quru dondurmalar sosial şəbəkələrdə trendə çevrilib. İstifadəçilər marketlərdə quru dondurmaların axtarışına çıxıblar.

Bəs quru dondurmalar faydalıdırmı? Kimlərə olmaz?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı qida texnoloqu Ağa Salamov medicina.az-a açıqlama verib.

Quru dondurmalar faydalıdırmı? - YENİ TREND - foto 1

Ekspertin sözlərinə görə, ilkin mərhələdə məhsulun çəkisindən asılı olaraq dondurmalar -40 dərəcədə 6-14 saat ərzində dondurulur:

"Bundan sonra sublimasiya prosesi başlayır. Vakuum donduruculara keçirilib -25 dərəcədə 20-40 saat arasında suyun buxara döndürülməsi prosesi başlayır. Daha sonra +20 dərəcədə 5-10 saat ərzində quruma prosesi davam etdirilir. Və qurudulmuş dondurmalar əldə olunur. 

Xırçıldayır, dişə yapışandır. Yaşlılar və uşaqlar yeyərkən diqqətli olmalıdırlar. Tam qurudulduğuna görə tərkibindəki C və B vitaminləri azalır. Həmçinin, tərkibində şəkər yüksək olduğu üçün diabet xəstələri də ehtiyatlı olmalı, həkim məsləhəti ilə qidalanmalıdırlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO