Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO

Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO

Hazırda oxunan: Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO
591105
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.

Bizim.Media xəbər verir ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
 

Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.


Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:

1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);

2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);

3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);

4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).

Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işlərinin tikintisi davam edir.

Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 1
Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 2
Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 3
Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 4
Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 5
Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 6
Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 7
Bakıda yeni avtomobil yolunun tikintisi: Hansı işlər görülüb? - FOTO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO