Qayınana müavinət üstündə gəlinini öldürtdü

Qayınana müavinət üstündə gəlinini öldürtdü

Hazırda oxunan: Qayınana müavinət üstündə gəlinini öldürtdü
588962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hindistanda 60 yaşlı qadın müavinə üstündə gəlininin qətlini təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Hadisə Maharaştra ştatında baş verib. 35 yaşlı Rupali Qanqurdenin cəsədi başından xəsarət almış vəziyyətdə tapılıb. Polis əvvəlcə bunu bədbəxt hadisə hesab edib.

Müstəntiqlər daha sonra cinayətin sifarişli qətl olduğunu öyrəniblər.
 

Məlumata görə, Rupalinin həyat yoldaşı 2025-ci ilin sentyabrında həlak olub və hökumət ona xüsusi müavinət ayırıb. Qadının qayınanası bu pulu ona verməsini tələb edib. O həmçinin oğlunun ölümündən sonra onun işinin gəlininə deyil, 15 yaşlı nəvəsinə verilməsinə israr edib.


Müstəntiqlərin sözlərinə görə, qayınana Latabai Qanqurde gəlininin ölümünü 67 yaşlı tanışına sifariş edib.

Kişi Rupalini dəmir parçası ilə başından vurub, daha sonra cəsədi aparıb körpünün yanına atıb. Həm sifarişçi, həm də qatil həbs olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO