“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO

Hazırda oxunan: “Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO
586974
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Nəriman Nərimanov” metro stansiyası ətrafında yeni infrastrukturun yaradılması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, “28 May” metro stansiyası ətrafında aparılan uğurlu yenidənqurma işlərindən sonra oxşar layihənin növbəti mərhələdə “Nəriman Nərimanov” metro stansiyası ərazisində, xüsusilə Təbriz küçəsi boyunca həyata keçirilməsi nəzərdə tutulur.

Yeni konsepsiyaya əsasən, layihənin əsas məqsədi insanlar üçün müasir, təhlükəsiz və rahat şəhər mühitinin formalaşdırılmasıdır. Hazırda avtomobil hərəkətinin yüksək sıxlığı ilə seçilən Təbriz küçəsi yenidənqurmadan sonra həm sürücülər, həm də piyadalar üçün daha komfortlu olacaq.

Layihə çərçivəsində geniş səkilərin salınması, müasir işıqlandırma sistemlərinin quraşdırılması, eləcə də fiziki məhdudiyyətli şəxslər üçün maneəsiz giriş imkanlarının yaradılması planlaşdırılır. Bu dəyişikliklər küçəni rayon sakinləri üçün gəzinti və istirahət üçün cəlbedici məkana çevirməyi hədəfləyir.

Layihə ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi bildirilib. (Mənbə: Day.az)

“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO - foto 1
“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO - foto 2
“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO - foto 3
“Nərimanov” metrosunun ətrafı belə olacaq – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO