Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO

Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO

Hazırda oxunan: Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO
586518
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.

Bizim.Media xəbər verir ki, yoxlama zamanı “Nicat” restoranı və “Balıqçı” kafesində “dəvə qutabı” adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub.
 

Bununla da “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib.


Reyd zamanı “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta”, “Gəmi” restoranlarının menyularında “dəvə qutabı” qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, bu xidmətin dayandırıldığını bildiriblər.

Qeyd olunub ki, nəzarət tədbirləri davam etdirilir.



Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO - foto 1
Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO - foto 2
Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO - foto 3
Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO - foto 4
Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... – FOTO/VİDEO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO