65 yaşdan yuxarı həkimlərlə bağlı YENİLİK

65 yaşdan yuxarı həkimlərlə bağlı YENİLİK

Hazırda oxunan: 65 yaşdan yuxarı həkimlərlə bağlı YENİLİK
586394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 95 140 işçi, 16 096 həkim fəaliyyət göstərir. Ümumi işçilərin 17 faizi kişi, 83 faizi qadındır”.

Bizim.Media xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. 

O bildirib ki, bununla belə bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən ixtisaslar üzrə həkim kadrlarının çatışmazlığı müşahidə edilməkdədir.

Mövcud olan çatışmazlığın aradan qaldırılması istiqamətində TƏBİB tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülür:

“Tətbiqinə başladığımız və böyük maraqla qarşılanan digər layihəmiz isə 65 yaşdan yuxarı həkim heyətinin regionlarda işə qəbulu layihəsidir. Bakı şəhəri üzrə olan tibb müəssisələrində uzun müddətdir fəaliyyət göstərən və artıq 65 yaşı tamam olmuş həkim heyətinin əmək fəaliyyətinin davam etdirilməsi məqsədilə, onların təcrübəsindən səmərəli istifadə edilməsi üçün regionlardakı tibb müəssisələrinə yönləndirilməsi təmin olunub. Bu yanaşma bir tərəfdən həmin bölgələrdə tibbi xidmətə çıxış imkanlarının yaxşılaşdırılmasına, digər tərəfdən isə kadr çatışmazlığının aradan qaldırılmasına mühüm töhfə verib”.

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO