Daxili İşlər Nazirliyi (DİN) fevralın 2-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 60 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 73 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı yeddi fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:09 / 03.02.2022
60 cinayətin üstü “isti izlər”lə açıldı
Hazırda oxunan: 60 cinayətin üstü “isti izlər”lə açıldı
Hazırda oxunan: 60 cinayətin üstü “isti izlər”lə açıldı
0:00
0:00
58418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.