Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”

Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”

Hazırda oxunan: Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”
583252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son 3 gündür müşahidə edirəm ki, Hakaton çərçivəsində bazara startap layihələri hazırlanıb".  

Bizim.Media xəbər verir ki, bu sözləri "Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin final mərhələsində Elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib. 

"Bu gün məktəblərin kompüter laboratoriyalarında şagirdlərimiz öz layihələrini hazırlayırlar. Kompüterlə yanaşı, məktəblər internetlə də təchiz olunub".

Həsən Həsənli vurğulayıb ki, artıq məktəblərdə rəqəmsal bacarıqlar tədris olunur:

"Bu gün 600 min şagirdə rəqəmsal bacarıqları tədris edirik. 300 mindən çox şagird "Steam" təhsilinə cəlb olunur. Gələcəkdə həmin şagirdlərin əmək bazarında qabiliyyətləri daha yüksək olacaq. Artıq Azərbaycan məktəbində şagirdlər öz ideyalarını reallaşdırmağa başlayıblar. Həqiqətən bu, böyük inam, komanda ilə işləmək, öyrəndiklərini real həyatda tətbiq etməyi tələb edir". 

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO