Ucarda ev yandı - Xəsarət alan var - VİDEO

Ucarda ev yandı - Xəsarət alan var - VİDEO

Hazırda oxunan: Ucarda ev yandı - Xəsarət alan var - VİDEO

582936

Ucarda fərdi yaşayış evində yanğın olub.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Həsən bəy Zərdabi küçəsində baş verib.

Rayon sakini, 1964-cü il təvəllüdlü Kamil Əhməd oğlu Əhmədova məxsus ümumi sahəsi 80 m² olan, 2 otaq, zal və mətbəxdən ibarət yaşayış evində güclü yanğın baş verib. Yanğın zamanı evin bir hissəsi yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə kirayə qalan Şahnaz Əliyevanın halı pisləşdiyi üçün xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO