Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO

Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO

Hazırda oxunan: Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO
579435
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, xalqımız şanlı Zəfərin 5 ilini böyük qürur hissi ilə qeyd edir.

5 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında qalan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başladı. 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu.

Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi:

“Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu düşmən tərəfindən bir mülki obyektə belə silah tuşlamadı. Vətən müharibəsi elə bir müharibə idi ki, xalq öz Ordusu və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşmişdi. Dünyada elə bir dövlət yoxdu ki, müharibədən dərhal sonra quruculuq işlərinə başlasın.
 

Biz dünyaya sübut elədik ki, döyüşməklə bərabər, qurub-yaratmağı da bacarırıq. Bu gün gənclərimiz şanlı Zəfəri çox yaxşı təbliğ edirlər. BDU tələbələri tərəfindən silsilə tədbirlər, Zəfərimizin qəhrəmanları ilə görüşlər keçirilir. Zəfəri bu qəhrəmanlar qazandı, onu qorumaq və möhkəmləndirmək isə gənc nəslin üzərinə düşür”.


“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı qurumun Vətən müharibəsi və ondan sonrakı dövrdə gördüyü işlərdən bəhs edərək, gənclərin milli dəyərlər, vətənpərvərlik və ictimai məsuliyyət mövzularında məlumatlandırılmasının əhəmiyyətindən danışıb.

Tədbirin davamında “Qələbəyə doğru atılan addımlarla” adlı panel müzakirə keçirilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin üzvü Nizami Səfərov, Vətən Müharibəsi Qəhrəmanı, Xəzər Dəniz Gəmiçiliyinin şöbə rəisinin müavini Zaur Hüseynov, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova və Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, telejurnalist İlham Tumas Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini vurğulayıb, bu Qələbənin xalqımızın milli birliyi və azadlıq iradəsinin təntənəsi olduğunu, ordumuzun göstərdiyi qəhrəmanlığın isə gələcək nəsillər üçün nümunə təşkil etdiyini bildiriblər.

Qeyd edək ki, tədbirin məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin əziz xatirəsini anmaq, qazilərə hörmət və minnətdarlıq hisslərini təbliğ etmək, həmçinin gənclərin ictimai fəallığını və milli birlik dəyərlərini möhkəmləndirmək olub.

Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 1
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 2
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 3
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 4
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 5
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 6
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 7
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 8
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 9
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 10
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 11
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 12
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 13
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 14
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 15
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 16
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 17
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 18
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 19
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 20
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 21
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 22
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 23
Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO - foto 24

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO