FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirdi

FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirdi

Hazırda oxunan: FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirdi
578396
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, aksiya "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli idarəsinin xidməti ərazisinin Bakı-Şamaxı magistral avtomobil yolunun 28-ci kilometrliyində yerləşən ərazidə təşkil olunub.

Tədbirin məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıqların artırılmasına dəstək göstərmək, yaşıl və güclü Azərbaycan ideyasını təcəssüm etdirməkdən ibarət olub.

Aksiyada müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO