Rövşən Rüstəmov ADY əməkdaşlarının əməkhaqlarından danışıb

Rövşən Rüstəmov ADY əməkdaşlarının əməkhaqlarından danışıb

Hazırda oxunan: Rövşən Rüstəmov ADY əməkdaşlarının əməkhaqlarından danışıb

577012
“Dəmiryol işçilərinin əməkhaqları birbaşa dəmiryol təsərrüfatından əldə edilən gəlirlər hesabına təmin edilir”.
 
Bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.
 
O bildirib ki, dəmir yolundan əldə edilən gəlirlərin əsas hissəsi yükdaşımalardan təmin olunur:
 
“Hazırda yükdaşımalardan əldə edilən gəlirlərdə ciddi artımlar var. Biz ötən il 15 milyon ton yük daşımışdıqsa, bu ilin 11 ayında 17 milyon ton yük daşınıb. İlin sonuna gözlənti 18,5 milyon ton yükün daşınmasıdır. 
 
Eyni zamanda tranzit yükdaşımalar - ölkə üzərindən Şərq-Qərb və Şimal-Qərb istiqamətlərində yükdaşımalarda da artım var. Həyata keçirilən bütün tədbirlərin məqsədi ölkənin tranzit potensialının artırılmasıdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO