Qab süngərini mikrodalğalı sobaya qoyun, 2 dəqiqəyə tərtəmiz olur

Qab süngərini mikrodalğalı sobaya qoyun, 2 dəqiqəyə tərtəmiz olur

Hazırda oxunan: Qab süngərini mikrodalğalı sobaya qoyun, 2 dəqiqəyə tərtəmiz olur
575506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mütəxəssislərin fikrincə, qab süngərindəki mikrobların sayı tualet oturacağından da çox ola bilər.

Bizim.Media xəbər verir ki, evdə gündəlik istifadə edilən qab süngərləri qida qalıqları, yağ və nəm səbəbindən bakteriyaların böyüməsi üçün ideal bir mühit yaradır.
 

Almaniyanın Qara Meşə bölgəsindəki Furtvangen Universitetinin tədqiqatçısı Dr. Markus Egert tək bir süngərdə 82 milyarda qədər bakteriya ola biləcəyini ifadə edib. Mütəxəssislər süngərləri ən azı 2-3 gündən bir dəyişdirməyi məsləhət görürlər.


Mikrodalğalı sobada süngərləri təmizləyə bilərsiniz. Əvvəlcə süngəri nəmləndirin və 2 dəqiqə mikrodalğalı sobaya qoyun. Bu müddət ərzində yüksək temperatur süngərdəki bakteriyaların çoxunu öldürəcək. Mikrodalğalı sobadan əvvəl süngərdə metal hissələrin olmadığından əmin olun, çünki bu, qığılcımlara səbəb ola bilər.

Alternativ olaraq, süngəri qabyuyan maşının üst rəfinə qoyun və ən yüksək temperatur rejimini seçin.

Yuma dövrü süngəri tamamilə dezinfeksiya edəcək. Bundan sonra hərtərəfli qurutmağı unutmayın.

Süngərləri təmizləməyin başqa bir yolu sirkəli suda qaynatmaqdır. (medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO