Deputat vəzifə verilən gənc kadrları tənqid etdi: “Köhnələrin yolu ilə...”

Hazırda oxunan: Deputat vəzifə verilən gənc kadrları tənqid etdi: “Köhnələrin yolu ilə...”

55557

Millət vəkili Fazil Mustafa "Facebook" hesabında vəzifəyə təyin edilən gənc kadrları sərt tənqdi edib.

Bizim.Media xəbər verir ki, o, gənc kadr kimi vəzifəyə təyin olunanların sələflərinin yolunu davam etdirdiklərini bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

“SSRİ söhbəti çox gülünc məsələdir, nəylə axı?” - Fazil Mustafa


"Acınacaqlı odur ki, gənc adı ilə təyin olunanların da xeyli hissəsi köhnələrin yolunu izləyirlər. Hər nə qədər dürlü-dürlü qanunlar qəbul ediriksə, ictimai nəzarəti təmin etmək mümkün olmur. Ölkədə qanunüstü şəxslərin sayı normadan artıqdır. İstər iqtisadi, istər də dövlət qulluğunda imtiyazlı şəxslərin davranışları digər insanların da əxlaqını dəyişir. "Niyə ona olar, mənə olmaz” mühakiməsi ilə davranmağa meyillənənlər çoxalır”.

Deputat icra və özünüidarəetmə orqanlarının vəziyyətini Azərbaycan-Ermənistan sərhədi ilə müqayisə edib:

"Kiminsə həbsi, ölümü başqasına görk olsaydı, o halda bəşəriyyətdə bundan sonra ədalətsizlik yerli-dibli qalmazdı. İdarəetmədə səlahiyyətlər bir-birinə qarışanda kimdənsə konkret məsuliyyət də tələb etmək olmur. İcra orqanları ilə yerli özünüidarəetmə orqanlarının sərhədləri Azərbaycan-Ermənistan sərhədlərindəki vəziyyətdən daha dolaşıqdır. Biz dövlət sərhəddini delimitasiya etməzdən öncə, dövlətin içindəki qurumların və şəxslərin sərhədlərinin delimitasiyasını aparmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO