''Karantin yoluxma sayını aşağı endirəcək'' - ÜST

''Karantin yoluxma sayını aşağı endirəcək'' - ÜST

Hazırda oxunan: ''Karantin yoluxma sayını aşağı endirəcək'' - ÜST

5395

Oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artır. Lakin son 10 gündə yoluxma sayının stabilləşdiyi görsənir, 4 min civarında gündəlik yoluxma qeydə alınır.

Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı söyləyib. 

O bildirib ki, insanları yoluxmadan qorumaq üçün karantin şərtdir:

“Sərt karantin rejiminin nəticələrini görmək üçün ən azı bir həftə keçməlidir. Bu zaman rəqəmlər aşağı enəcək. Yoluxma sayının artımının səhiyyə üzərində yaratdığı gərginliyi azaltmaq lazımdır.

Xəstəxanalarda boş yataq olmazsa, xəstələr evdə müalicə alarsa və oksigenə əl çatmaz olarsa, ölə bilər. Bunu azatlmaq üçün tək yol insanların çox sayda bir yerə gəlməsinə mane olmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO