Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Hazırda oxunan: Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

53243

Dekabrın 27-də Gəncədə qəza törədib, piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncədə Nizami rayon Şeyx Bahəddin küçəsində Tərtər rayon sakini S.Rüstəmovu avtomobil vurması nəticəsində o, xəstəxanaya yerləşdirilmişdi.

Polis əməkdaşlarının keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində qəzanı törədən “VAZ 21074” markalı avtomobilin sürücüsü Şəmkir rayon sakini M.Sadıqov aşkar edilərək saxlanılıb. 

Faktla bağlı araşdırma davam edir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO