FHN metroda təlim keçirdi - FOTO

FHN metroda təlim keçirdi - FOTO

Hazırda oxunan: FHN metroda təlim keçirdi - FOTO

53203

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyasında növbəti yanğın-taktiki təlim keçirib.

FHN-dən Bizim.Media-ya verilən məlumata görə, təlimin əsas mövzusu həmin stansiyada baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, stansiyanın eskalatorunun alt hissəsində baş vermiş şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib.

Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO