Gəncədə məskunlaşmış Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün Moderator.az-a şikayət məktubu göndərib, onu olduğu kimi təqdim edirik və ümid edirik ki, “Qaçqınkom” problemin operativ həlli üçün müdaxiləsini əsirgəməyəcək və kəmfürsətlərin cəzalandırılması istiqamətində tədbirlər görülməsini təmin edəcək:
Hörmətli
Redaksiya. Xahiş edirik bizim- Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 200 ailənin müraciətini
“Qaçqınkom”un sədri, baş nazirin müavini
Əli Həsənov cənablarına çatdırılması
üçün öz sayıtınızda yayımlayasınız.
Hörmətli Əli Müəllim ! Gəncə şəhər Qaz
İstisimar idarəsi Gəncə şəhərində Azərbaycan Dövlət
Aqrar Universitetinin 6 saylı yataqxanası ətrafında məskunlaşmış
Kəlbəcər rayonundan olan məcburi köçkünlərin qaz sayğacını dəyişdirərkən əhalinin üzərinə 500 manatdan başlamış 1700
manatadək borc yazaraq pul ödənilməsini tələb edir. Biz bununla bağlı onlara öz irad və etirazımızı bildirsək də israrla
bu pulun ödənilməsini tələb edirlər və limitdən artıq qaz yandırmamağımıza
baxmayaraq qanunları saymırlar, ona görə də biz bunu dövlətə və dövlətçiliyə
qarşı planlı təxribat
hesab edirik. 200 nəfər
əhali adından xahiş
edirik vaxtında qanuni
tədbirlər görülməsinə sərəncam
verəsiniz və bizdən qa
nunsuz olaraq pul tələb edənlərin cəzalandırılmasına təmin edəsiniz.
Bir neçə məcburi köçkünün adını
və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmək istəyirik.
1.Əliyev Məcid--AZE
03424620
2.Şirinov
Ramin--AZE 06624738
3.Ağayeva
Nigar--AZE09733932
4.Muxtarov
Fərhad -AZE 02044137
5.Abdullayeva
Mətanət-AZE 07895632
6.Şəldiyeva
Səadət-AZE 06655791
7.Verdiyev
Əbülfət.-AZE 08730083
8.Aliyeva Məhbubə.AZE
05308491
9.Nəcəfov Qənəət
AZE 04656251
10.Aslanov
Şəmsəddin AZE 03804607
Və digər yüzlərlə kəlbəcərli məcburi köçkünlər





































































































