Bu rayonlarda TV siqnalı zəifdir

Bu rayonlarda TV siqnalı zəifdir

Hazırda oxunan: Bu rayonlarda TV siqnalı zəifdir

48368
Dövlət Radiotezliklər İdarəsi (DRİ) rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrini müəyyənləşdirib. 

Moderator.az xəbər verir ki, bu barədə Trend-ə İdarədən deyiblər. DRİ-dən bildiriblər ki, monitorinqin nəticələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyinə təqdim edilib. Qurumun struktur bölmələri əldə edilmiş nəticələr əsasında rəqəmsal televiziya siqnalının əhatə dairəsini genişləndirəcək.

İB-dən qeyd ediblər ki, işlər Xızı, Şamaxı, Siyəzən, Quba, İsmayıllı, Qax, Cəlilabad, Yardımlı, Astara, Göygöl, Gədəbəy, Qazax, Tovuz və Daşkəsən rayonlarının yaşayış məntəqələrində (xüsusilə kənd yerlərində) aparılacaq.

Birliyin planlarına əsasən, qeyd olunan rayonlarda rəqəmsal TV-nin yeni ötürücü aparatları ilin sonunadək işə salınacaq. Avadanlıq qismən alınıb və hazırda quraşdırma işləri aparılır.

Hazırda respublika əhalisinin təqribən 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO