Azərbaycanda daha bir süpürgəçini avtomobil vurdu

Hazırda oxunan: Azərbaycanda daha bir süpürgəçini avtomobil vurdu

47571

Yevlaxda yol təmizləyən süpürgəçini avtomobil vurub.

Bizim.Media xəbər verir ki, hadisə Yevlax şəhəri Heydər Əliyev prospektindəki şadlıq saraylarından  birinin qarşısında baş verib.

Yolda təmizlik işləri ilə xidməti vəzifəsini yerinə yetirən süpürgəçi, 1957-ci il təvəllüdlü şəhər sakini Bədəlova Solmaz İrşad qızını avtomobil vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Təmizlik işçisinin vurulmasında şübhəli bilinən sürücünün axtarışları istiqamətində Yevlax rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır. Belə ki hadisəni törədən naməlum avtomobil dərhal hadisə yerindən qaçıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO