Quba rayonu, Timiryazev bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Quba rayon prokurorluğu məlumat yayıb.
Aparılmış istintaqla Timiryazev bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu özgə əmlakını ələ keçirmək qərarına gəldiyi müəyyənləşib.
O, bu məqsədlə ayrı-ayrı şəxslərə Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahələrini onların xüsusi mülkiyyətinə və icarəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 30 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, vəzifəli şəxslərə vermək adı ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Mahir Bayramov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilmişdir.
İstintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi təmin edilmişdir. Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:53 / 22.11.2021
Sabiq sədr müavininin məhkəməsi başlayır
Hazırda oxunan: Sabiq sədr müavininin məhkəməsi başlayır
Hazırda oxunan: Sabiq sədr müavininin məhkəməsi başlayır
47141
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.