“Kapital Bank”ın Kürdəmir filialının müdirinə cinayət işi açılıb

“Kapital Bank”ın Kürdəmir filialının müdirinə cinayət işi açılıb

Hazırda oxunan: “Kapital Bank”ın Kürdəmir filialının müdirinə cinayət işi açılıb

46520

“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə həmin cəmiyyətdən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Moderator.az Baş Prokurorluğa istinadən bildirir ki, araşdırmalar zamanı filialın müdiri Əlimövsüm Ağayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bankın vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə etməklə saxta müqavilələr tərtib edib cəmiyyətə məxsus 70 min 534 manat məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO