Departament əməkdaşları ilə avtobus sürücüsü arasında daha bir insident

Departament əməkdaşları ilə avtobus sürücüsü arasında daha bir insident

Hazırda oxunan: Departament əməkdaşları ilə avtobus sürücüsü arasında daha bir insident

46203

Bakıda “Elmlər Akademiyası” metrosunun yaxınlığında Nəqliyyat Departamentinin əməkdaşları ilə 6 saylı avtobusun sürücüsü arasında insident yaranıb. Hadisə yerində olan Moderator.az əməkdaşının verdiyi məlumata görə, insidentə səbəb 6 saylı avtobusun dayanacaqda müəyyən olunmuş vaxtdan çox dayanması olub:

“Bunu əsas gətirən departament işçiləri avtobusun açarlarını sürücünün əlindən alıblar. Bunun ardınca avtobusdakı sərnişinlər də endirilib. Departament əməkdaşlarının bu addımı sürücünün narazılığına səbəb olsa da, departament işçiləri açarları avtobus sürücüsünə verməkdən imtina ediblər. Mənzilbaşına çata bilməyən sərnişinlər isə öz yollarına davam etmək üçün növbəti avtobusu gözləməli olub”.

Xatırladaq ki, son vaxtlar avtobus sürücüləri ilə Nəqliyyat Departamentinin əməkdaşları arasında bu cür insidentlər ənənə halını alıb. Bu kimi insidentlərdən ən çox əziyyət çəkən isə yarı yolda düşmək məcburiyyətində qalan sərnişinlərdir.

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO