Qala divarlarını yazan məktəblilərlə bağlı DİN-dən AÇIQLAMA

Qala divarlarını yazan məktəblilərlə bağlı DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Qala divarlarını yazan məktəblilərlə bağlı DİN-dən AÇIQLAMA

45515

“Qala divarlarını noyabrın 7-i saat 16 radələrində Səbail rayonu ərazisində yerləşən məktəblərin birinin şagirdləri – P.Bayramlı, M.Məmmədli və D.Verstakov yazıb. 

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Bizim.Media-ya açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İçərişəhəri biabırçı hala salan KİMLƏRDİR? - FOTOFAKT


O bildirib ki, həmin şəxslər birlikdə mağazadan müxtəlif boyalar alaraq, əraziyə gəliblər. Daha sonra məktəblilər Qala divarlarında şəkillər, qrafiklər çəkib, müxtəlif yazılar yazıblar.

“Valideynlərə tövsiyə edirik ki, övladlarına Azərbaycanın tarixi abidələrinə hörmətlə yanaşmalarını təbliğ etsinlər”, - deyə, DİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO