Qax rayonunda daha iki ailənin altı üzvü göbələkdən zəhərlənib.
Bizim.Media xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri, 1966-cı il təvəllüdlü Məlik Məsim oğlu Şıxamirov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Pəri Qurban qızı Şıxamirova, ailənin gəlini 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və ailənin övladı 2005-ci il təvəllüdlü Mehri Məlik qızı Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
MÖVZU İLƏ BAĞLI:
Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi
Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.
Bundan əlavə, şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər.
Eldar Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb və onun həyat yoldaşı Səyyarə Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
Bizim.Media