Göyçayda avtomobil piyadanı öldürdü

Göyçayda avtomobil piyadanı öldürdü

Hazırda oxunan: Göyçayda avtomobil piyadanı öldürdü

43745

Oktyabrın 29-u saat 01:00 radələrində Göyçay şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Göyçay rayon sakini Nəriman Əmrahov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada Abdulla Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən A.Məmmədov orada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO