Qarabağ Dirçəliş Fondu yenidən toplandı – Hansı məsələlər müzakirə olundu? - FOTO

Qarabağ Dirçəliş Fondu yenidən toplandı – Hansı məsələlər müzakirə olundu? - FOTO

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondu yenidən toplandı – Hansı məsələlər müzakirə olundu? - FOTO

40721

Qarabağ Dirçəliş Fondu iri sahibkarla görüş keçirib.

Fonddan Bizim.Media-ya verilən məlumata görə tədbirdə İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Ekologiya və Təbii Sərvətlər naziri, Müşahidə Şurasının üzvü Muxtar Babayev, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış ediblər. 

Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi kimi mühüm missiyanı böyük Zəfərlə başa çatdırması vurğulanıb. 

Görüşdə Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Qarabağın bərpası istiqamətində görüləcək işlərə dəstək göstərilməsi, cəmiyyətdə ianə mədəniyyətinin geniş təbliği kimi məsələlərin əhəmiyyətindən bəhs olunub. 

Tədbir iştirakçıları ilə işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görüləcək işlər, o cümlədən Qarabağ Dirçəliş Fondunun bu sahədə fəaliyyəti barədə geniş müzakirələr aparılıb. 

Müzakirələrdə biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin həmrəylik göstərərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəlb olunmasının vacibliyi vurğulanıb. 

Bu məqsədlə, donor olmayan tədbir iştirakçıları ianə edərək Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə töhfə verməyə dəvət olunub. 

Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” filmi nümayiş etdirilib. 

Bundan başqa işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlara “İanə Sertifikatı” təqdim olunub. 

Görüşdə donor şirkətlərlə yanaşı, digər aparıcı biznes qurumlarının rəhbərləri də iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO