Xameneinin nümayəndəsi Azərbaycanı TƏRK ETDİ

Xameneinin nümayəndəsi Azərbaycanı TƏRK ETDİ

Hazırda oxunan: Xameneinin nümayəndəsi Azərbaycanı TƏRK ETDİ

40503

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejad Azərbaycanı tərk edib. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən “BBC Azərbaycanca”ya bildirilib. 

Qeyd olunub ki, Ocaqnejad bir aydır ki, Tehrandadır. 

Xatırladaq ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür. 

Qeyd edək ki, Ocaqnejadın ofisi Hüseyniyyə məscidində yerləşir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO