Ötən il ölkəmizdə ümumilikdə 3386 əkiz körpə doğuliub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb. Şəhər yerlərində 879 qız, 941 oğlan, kənd yerlərində 830 qız, 736 oğlan əkiz doğulub.
Ötən il ümumilikdə 117 üçəm doğulub. Şəhər yerlərində 36 qız, 30 oğlan, kənd yerlərində 27 qız, 24 oğlan üçəm dünyaya gəlib.
Ötən il şəhər və kənd yerlərində dördəm qız dünyaya gəlməyib. Kənd yerlərində isə 4 dördəm oğlan körpə doğulub.
Naibə Məmmədova, Bizim.Media