Orta məktəb direktorları işə müsabiqə yolu ilə qəbul ediləcəklər

Orta məktəb direktorları işə müsabiqə yolu ilə qəbul ediləcəklər

Hazırda oxunan: Orta məktəb direktorları işə müsabiqə yolu ilə qəbul ediləcəklər

36221
Azərbaycanda məktəb direktorlarının işə qəbulu ilə bağlı yeniliklər gözlənilir. Moderator.az-ın  xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
 Onun sözlərinə görə, bu yeniliklər direktorların müsabiqə yolu ilə işə qəbul olunmasından ibarətdir: "Bu, orta təhsil sistemində idarəetmə istiqamətinin bir istiqamətidir. Yaxın müddətdə ölkədə məktəb direktorları üçün xüsusi hazırlıq kurslarının keçirilməsinə başlanacaq. Bu kurslar ilk mərhələdə könüllülük əsasında hazırda işləyən məktəb direktorlarına şamil olunacaq. Həm də gələcəkdə bu peşədə özünü görən, bu sahə üzrə peşəkar fəaliyyətlə məşğul olmaq istəyən mütəxəssislər üçün təşkil olunacaq. Hazırlıq kursları məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni meyarları əsas tutaraq keçiriləcək. Bu zaman iştirakçılara tələb olunan ixtisaslar üzrə biliklər veriləcək. Artıq mövcud kurslarda iştirak edəcək orta məktəb direktorlarının siyahısının hazırlanması prosesi başa çatdırılır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO