Ermənilərin tapdığı arxefaktlar kimə aiddir? - Tarix İnstitutundan CAVAB – FOTOFAKT

Hazırda oxunan: Ermənilərin tapdığı arxefaktlar kimə aiddir? - Tarix İnstitutundan CAVAB – FOTOFAKT

35891

Erməni arxeoloqlar Azərbaycanın qədim Pəmbək ərazisində, Vanadzor adlandırdıqları zonada qazıntılar nəticəsində 5 min il əvvələ aid tapıntılar aşkarlayıblar.

Bizim.Media eksklüziv olaraq e.ə III minilliyə aid olan tapıntıların ermənilərə aid olmadığını isbatlamaq üçün AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə ilə əlaqə saxladı.

Tarixçi ilk olaraq o faktı dilə gətirdi ki, indiki Ermənistan ərazisi Azərbaycan türkünün qədim yurd yeridir:
 

MÖVZU İLƏ BAĞLI:

“Tarix kitablarımız özümüzə problem yaradır” – Ekspert “DƏYİŞMƏLİDİR!” dedi


“Pəmbək mahalı öz adını Pəmbək dağ silsiləsinin adından alıb. Buranın qədim yer-yurd adları Azərbaycan türkcəsindədir. E.ə. IV-III minilliklərdə Pəmbək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı coğrafiyaya daxil olub. Son dövrlərdə arxeoloji qazıntılar nəticəsində burada aşkar edilmiş müxtəlif saxsı qab nümunələri tipoloji baxımdan Azərbaycanın digər yerlərindən tapılmış saxsı məmulatı ilə eyniyyət təşkil edir”. 




Əlavə edək ki, qabların forma və naxışlarından da anlamaq olar ki, bunun ermənilərə heç bir aidiyyatı yoxdur. Çünki oxşar naxışları Azərbaycanın müasir dulusçuluğunda da görmək olar. Bu isə o tarixi peşənin nəsildən-nəsilə ötürülməsi ilə əlaqədardır. Yəni, bu qablarda erməni mədəniyyətinə aid heç bir cizgi yoxdur.

Bəlkə də ona görə ki, onların özləri kimi tarix və mədəniyətləri də hibriddir.

Hər halda bunu, erməniləri Cənubi Qafqaza yerləşdirən Rusiyanın tarixçiləri də 2-3 əsri əhatə edən kitablarında qeyd ediblər.




Ramin Əlizadə cavabının ardında bu saxsı qabların hansı Azərbaycan tayfalarına aid olduğunu da açıqlayıb:


“Bu saxsı qab nümunələri yaylaq-qışlaq maldarlığı ilə məşğul olan və ilin çox hissəsini Göyçənin, Ağbabanın, Alagöz dağının, Pəmbəkin, Qarabağın, Naxçıvanın yaylaqlarında yaşayan qədim Azərbaycan tayfalarına aiddir.

Təsadüfi deyil ki, Qarabağ, Naxçıvan, Borçalı, Urmiya ətrafı, Muğan, Qobustan ərazilərində də bu cür saxsı qab nümunələri aşkar edilib. E.ə. III-II minilliklərdə Cənubi Qafqaz regionunda ilk tayfa ittifaqları Zəngəzur, Göyçə, Ağbaba, Pəmbək, Borçalı, Qarabağ, Naxçıvan və Urmiya ətrafı ərazilərdə formalaşıb.

Əsasən yaylaq-qışlaq maldarlığı ilə məşğul olan bu tayfaların yadelli hücumları nəticəsində tədricən birləşməsi Azərbaycan xalqının qədim dövlətçilik ənənəsinin təşəkkül tapmasına səbəb olub.
 

Azərbaycanın cənubunda Quti, Lullubi, Turuk (Turukki), Manna, Atropatena, şimalında isə İşquz (İç Oğuz) və Albaniya dövlətlərinin yaradılmasında və idarə olunmasında məhz bu tayfalar mühüm rol oynayıblar. 


E.ə. VII-VI əsrlərdə Azərbaycanın şimalı, eləcə də Göyçə gölü hövzəsi, Şörəyel (Şirak türk boyunun yurd yeri), Pəmbək, Ağbaba, Qarabağ və Naxçıvan əraziləri İşquz dövlətinin tərkibinə daxil olub. İşquzlar haqqında ilk məlumatlara e.ə. VIII-VII əsrlərdə Urartu və Aşşur mixi yazılı qaynaqlarında rast gəlinir”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO