“Neftçi” klubunun sabiq prezidentinin dəfn mərasimi keçirildi

“Neftçi” klubunun sabiq prezidentinin dəfn mərasimi keçirildi

Hazırda oxunan: “Neftçi” klubunun sabiq prezidentinin dəfn mərasimi keçirildi
35529
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Yasamal qəbristanlığında “Neftçi” klubunun sabiq prezidenti, dünya şöhrətli idman ustası Aydın İbrahimovun dəfn mərasimi keçirilib.  

Bizim.Media xəbər verir ki, mərasimdə mərhumun yaxınları və eyni zamanda dövlət qurumlarının rəhbərləri iştirak ediblər.  

Mərasimdə iştirak edən Müdafiə Sənayesi Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Güləş Federasiyasının və digər qurumların rəsmi şəxsləri çıxış edərək Aydın İbrahimovun Azərbaycan idmanındakı xidmətlərindən bəhs ediblər. Onun məzarına qurumlar adından əklillər qoyulub.  

Xatırladaq ki, Aydın İbrahimov sentiyabrın 2-də müalicə aldığı klinikada dünyasını dəyişib. 

Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə “Neftçi”nin prezidenti olub. 
 

SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi olan Aydın İbrahimov həmçinin dünya və Avropa çempionatlarında medal qazanan ilk güləşçimiz kimi adını idman tariximizə yazdırıb.


Gəncə güləş məktəbinin yetirməsi SSRİ dönəmində Olimpiadada da fəxri kürsüyə qalxan yeganə güləşçimiz olub.

Sərbəst güləşdə 57 kq-da dünya (Helsinborq-1963) və Avropa çempionu (Karlsrue-1966) ünvanına sahib çıxan titullu pəhləvanımız Olimpiya Oyunlarının (Tokio-1964) bürünc medalını əldə edib. Həmçinin dəfələrlə SSRİ çempionatının qalibi və mükafatçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO