Yol polisinə qarşı ittihamların “saxta” olduğu ortaya çıxdı - VİDEO

Yol polisinə qarşı ittihamların “saxta” olduğu ortaya çıxdı - VİDEO

Hazırda oxunan: Yol polisinə qarşı ittihamların “saxta” olduğu ortaya çıxdı - VİDEO

33657

Son günlər sosial şəbəkələrdə Azərbaycan polisinin fəaliyyətini hədəf alan video görüntülər paylaşılıb.

Görüntülərdə adı məlum olmayan mülki yol polisi əməkdaşı olduğu iddia edilən şəxs arasındakı telefon danışığına yer verilib. Görüntülərdəki mülki şəxs polis işçisi ilə tanışlıq əlaqələrinin olduğu iddia edərək, ondan yol hərəkəti qaydalarını pozmuş avtomobilin çərimə meydançasına keçirilməsini “xahiş” edir.

Mülki şəxsin geyim və danışıq tərzi, nitqinin ardıcıl olmaması və görüntülərin videoya çəkilməsi baş verənlərin real olub olmadığı ilə bağlı şübhələr yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobillərin nömrəsiz idarə olunması ilə bağlı DYP-dən AÇIQLAMA


Bizim.Media video görüntülərdəki hadisənin nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirmək və rəsmi açıqlama almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb.

Vaqif Əsədov mövzu ilə bağlı suallarımıza verdiyi açıqlamada baş verən hadisənin həqiqəti əks etdirmədiyi və bu cür telefon zəngləri ilə vətəndaşların problemlərinin həllinin mümkün olmadığı, hər kəsin qanun qarşısında bərabər olduğu vurğulayıb.


O, eyni zamanda baş verənlərin videodakı şəxslərin təxəyyülünün məhsulu olduğunu və Dövlət Yol Polisi əməkdaşları ilə hər hansı formada əlaqəsinin olmadığını da əlavə edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO