Narkotiklə bağlı tutulan şəxslər azadlığa buraxılır? - DİN-dən iddialara CAVAB

Narkotiklə bağlı tutulan şəxslər azadlığa buraxılır? - DİN-dən iddialara CAVAB

Hazırda oxunan: Narkotiklə bağlı tutulan şəxslər azadlığa buraxılır? - DİN-dən iddialara CAVAB
32249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəzi sosial şəbəkə səhifələrində daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə bağlı qəsdən əsassız, faktsız və sübutsuz iddialar tirajlanır.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, təqsirləndirilən şəxslərin azadlığa buraxılması halları ilə bağlı iddialar kökündən yalnış olmaqla, qərəzlidir:

"Polis tərəfindən cinayət qanunvericiliyi ilə müəyyən olunan, cəza təhdidi altında qadağan olunan ictimai təhlükəli əməllərə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunan heç bir şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqına xitam verilməyib. Əgər hansısa polis orqanında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hansısa formada şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqdan yayındırılması ilə bağlı fakt, əsaslı iddia varsa, bu, Daxili İşlər Nazirliyinə təqdim oluna bilər. Anonimlik təmin olunacaq".

Şöbə rəisi əlavə edib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri kampaniya xarakteri daşımır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO