“Lotu Quli” nin qardaşına İspaniyada “oğru” adı verildi

“Lotu Quli” nin qardaşına İspaniyada “oğru” adı verildi

Hazırda oxunan: “Lotu Quli” nin qardaşına İspaniyada “oğru” adı verildi

32186


8 saylı cəzaçəkmə məntəqəsində saxlanılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifova oğru statusu verilib. Moderator.az "Aznews”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın oğru aləmindən bəhs edən məşhur “Prime Krime” saytı xəbər yayıb. Xəbərdə deyilir ki, N.Səlifovun da taclandırıldığı “sxodka” Ded Xasan klanı tərəfindən avqustun 14-də keçirilib.
“Sxodka”da 7 nəfərin “taclandırıldığı” bildirilir ki, onların da arasında Namiq Səlifovun adı çəkilir. Məlumata görə, “sxodka”nın keçirilməsi təşəbbüsü Qela Kardavadan gəlib. Vova Puxlıy, Maçik, Roland Şlyapa da “sxodka”da iştirak edib. Hamını təəccübləndirən məqam isə “sxodka”da Tbilisidən Paata Malenkiyin iştirakı olub. Hələlik “taclandırılan” yeni “qanuni oğru”lardan ancaq 4 nəfəri barədə məlumat verilir. Bunlardan biri bu statusa çoxdan iddialı olan, 42 yaşlı Tümen sakini Aleksandr Babanov, Lotu Qulinin qardaşı Namiq Səlifov, Roma Mostavoy və Samvel Berseqyandır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO