Bu dəqiqələrdə İçərişəhərdəki İlyas Əfəndiyev küçəsi 18 ünvanında
yerləşən binanın sakinləri aksiya keçirirlər. Sakinlərin etirazına səbəb
yaşadıqları binanın bir neçə gün öncə uçmasıdır.
Moderator.az musavat.com-a
istinadən xəbər verir ki, yaşadıqları binanın bir hissəsi də bu gün uçub.
Hadisə ilə bağlı İçərişəhər Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən
tədbir görülməyib. Aksiyaya həmin ünvanda yerləşən Təmiz Dünya İctimai
Birliyinin əməkdaşları da qoşulublar. Birlikdən “Yeni Musavat”a verilən məlumata
görə, binanın uçması nəticəsində onlar da ofisdən çıxmaq məcburiyyətində
qalıblar.
İçərişəhər
Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi məsələyə münasibət bildirmək istəməyib.





























































































