Medianews: Samvel Karapetyan Ermənistanda seçicilərə pul paylayır

Medianews: Samvel Karapetyan Ermənistanda seçicilərə pul paylayır

Hazırda oxunan: Medianews: Samvel Karapetyan Ermənistanda seçicilərə pul paylayır
610094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Güclü Ermənistan” partiyasının lideri, Rusiyanın Kaluqa şəhərində yaşayan oliqarx Samvel Karapetyanın Ermənistanda keçiriləcək parlament seçkilərini rüşvəti yolu ilə saxtalaşdırmağa çalışdığı iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Medianews məlumat yayıb.
 

Nəşrin yazdığına görə, Karapetyanın tərəfdarları tərəfindən seçicilərin ələ alınması ilə bağlı çoxsaylı faktlar üzə çıxıb. Bildirilir ki, seçicilərə rüşvət verməkdə şübhəli bilinən bir sıra şəxslər artıq saxlanılıb.


Medianews iddia edir ki, Karapetyan rüşvəti təkcə Ermənistan ərazisində deyil, Rusiyada yaşayan Ermənistan vətəndaşları arasında da yaymağa çalışır.

Məlumata görə, Rusiyada yaşayan ermənilərə seçkiyə qədər Ermənistana gəlmək və Karapetyana səs vermək şərti ilə pul təklif olunur. Bəzi hallarda seçici rüşvətinin məbləğinin 100 min rubla çatdığı bildirilir.
 

Nəşr yazır ki, Rusiyada Karapetyan üçün rüşvət paylayan və alan şəxslərin siyahısı Ermənistan hüquq-mühafizə orqanlarının əlinə keçib. İddialara görə, həmin şəxslərin Ermənistana gəldikləri zaman saxlanılması istisna edilmir.


Medianews-un yaydığı bu məlumatlarla bağlı Samvel Karapetyanın və ya onun tərəfdarlarının mövqeyi hələlik açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO