İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO

İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO

Hazırda oxunan: İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO
610138
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp Vaşinqtonda nadir ictimai çıxışı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, 44 yaşlı İvanka Tramp Kral III Çarlz və Kraliça Kamillanın ABŞ-a səfəri şərəfinə Ağ Evdə təşkil olunan dövlət naharında iştirak edib. O, tədbirə həyat yoldaşı Cared Kuşnerlə birlikdə qatılıb.
 

İlin əsas diplomatik gecələrindən biri hesab olunan tədbir üçün İvanka Reem Acra brendinə məxsus dəbdəbəli açıq mavi libas seçib.


Onun obrazı klassik zərifliklə müasir dəbdəbəni birləşdirib. Açıq rəngli saçları yumşaq dalğalarla düzülərək bir çiyninin üzərinə atılıb və paltarın incə siluetini ön plana çıxarıb.

Makiyajda isə əsas vurğu ifadəli smoky eyes üslubuna edilib. Bu, obrazına daha dərin və axşam tədbirinə uyğun dramatik görünüş verib.

Mənbələrin məlumatına görə, İvankanın makiyajı üzərində vizajist Aleksa Rodulfo çalışıb.
 

İvanka Tramp tədbirdən əvvəl geyimini sosial şəbəkədə də nümayiş etdirib. O, “Instagram”da 8,8 milyon izləyicisi ilə obrazını paylaşıb.


Onun Vaşinqtondakı bu çıxışı xüsusilə diqqət çəkib. Çünki İvanka son aylarda paytaxtdakı siyasi tədbirlərdə nadir hallarda görünür və daha çox şəxsi həyatına üstünlük verir.

İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO - foto 1
İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO