ABŞ sakini Lu Salas dünyanın ən böyük pazllarından birini yığaraq sosial şəbəkələrdə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, o, 60 min detaldan ibarət nəhəng pazlı tamamlamaq üçün 4 il və 800 saatdan çox vaxt sərf edib.
Salas bu böyük pazlı yığmaq üçün qarajında xüsusi 9 metrlik masa hazırlayıb. Masa o qədər böyük olub ki, üç avtomobil üçün nəzərdə tutulan qarajın demək olar ki, bütün sahəsini tutub.
Nəticədə ortaya yeddi qitənin və dünyanın məşhur möcüzələrinin əks olunduğu böyük dünya xəritəsi çıxıb.
Pazlın yığılmasında amerikalıya 8 yaşlı nəvəsi də kömək edib.
Lu Salas bildirib ki, indi bu nəhəng pazlı onu yenidən yığmağa cəsarət edəcək şəxsə hədiyyə etməyi planlaşdırır.

Bizim.Media


































































































