Corat sakinləri bələdiyyədən şikayətçidir

Corat sakinləri bələdiyyədən şikayətçidir

Hazırda oxunan: Corat sakinləri bələdiyyədən şikayətçidir

30961

 

Sumqayıt şəhərinin Corat qəsəbəsində uzun illərdir ki, mövcud olan kanalizasiya probleminin əsaslı şəkildə həll edilməməsi, qəsəbə sakinlərinin bələdiyyə ilə bağlı narazılığını daha da artırıb.

Bu barədə Moderator.az-a məlumat verən özəl mənbənin sözlərinə görə, bələdiyyə yüzlərlə insanı narahat edən problemin həlli istiqamətində nəinki heç bir addım atmır, hətta buna səy belə göstərmir:

“Corat qəsəbəsinin yeni salınmış məhəllələrində kanalizasiya problemi bir neçə ildir ki, mövcud olsa da, problem hələ də həll edilmiş deyil. Bununla bağlı həm Sumqayıt Şəhər İcra Hakimiyyəti, həm də Corat bələdiyyəsinə çoxsaylı müraciətlər ünvanlansa da, adıçəkilən qurumların heç biri problemin aradan qaldırılmasını təmin etməyib. Nəticədə, mənzillərdən axan kanalizasiya suları böyük bir ərazini çirkləndirməklə yanaşı, sanitariya baxımından da fəlakətli mənzərə yaradıb. Vətəndaşların bildirdiyinə görə, Corat qəsəbəsi 2010-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yarıtmaz fəaliyyətinə görə 7 min manat məbləğində cərimələnsə də, bu gün də öz fəaliyyətində müsbət mənada hansısa dönüşə nail olmuş deyil. Bu səbəbdən də sakinlər problemin həlli üçün Prezident Administrasiyasına müraciət etməyi qərara alıb. Onların fikrincə, artıq Corat bələdiyyəsinin yardımına ümid bağlamaq əbəs yerə vaxt itirməkdən başqa bir şey deyil”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO