Hərbi xidmətdən yenicə qayıtdı – Qəzada öldü

Hərbi xidmətdən yenicə qayıtdı – Qəzada öldü

Hazırda oxunan: Hərbi xidmətdən yenicə qayıtdı – Qəzada öldü

30812

Gecə saatlarında Qubada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun 15-ci km-də, Nigədi kəndi ərazisində qeydə alınıb.

Quba rayon sakini, 23 yaşlı Rauf Nəcəf oğlu Nəcəfov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək əks yola çıxıb və qarşıdan gələn"Qazel" markalı yük  avtomaşını ilə toqquşub. Nəticədə sürücü Rauf Nəcəfov yerindəcə, avtomaşındakı sərnişin, 23  yaşlı Taleh Akif oğlu Abiyev   isə Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib.

Onun hərbi xidmətdən yenicə gəldiyi bildirilir. Hadisə yerində Quba rayon polis şöbəsinin yol polisi və istintaq bölmələrinin əməkdaşları işləyir.

Qəzanın səbəbi araşdırılır. Dəhşətli hadisədə daha 1 nəfər ağır xəsarət alıb, vəziyyəti ağırdır. 

"Qazel"də olan 3 nəfərin vəziyyəti isə  stabildir. Onların xəsarət almadığı deyilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO