Şəmkirdə 2 nəfər tutuldu - SƏBƏB - FOTO

Şəmkirdə 2 nəfər tutuldu - SƏBƏB - FOTO

Hazırda oxunan: Şəmkirdə 2 nəfər tutuldu - SƏBƏB - FOTO

29461

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Süleyman Kazımov saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib.

Saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. 

Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat axtarış tədbirləri nəticəsində də qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan Anar Rəsulzadə saxlanılıb. 

Üzərindən “patı” aşkarlanan Anar Rəsulzadənin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. 

Faktlar üzrə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO