Elektrik və hibrid maşın gətirmək istəyənlərin DİQQƏTİNƏ – Güzəştin müddəti uzadıla BİLƏR

Elektrik və hibrid maşın gətirmək istəyənlərin DİQQƏTİNƏ – Güzəştin müddəti uzadıla BİLƏR

Hazırda oxunan: Elektrik və hibrid maşın gətirmək istəyənlərin DİQQƏTİNƏ – Güzəştin müddəti uzadıla BİLƏR

274270

Xəbər verdiyimiz kimi 1 yanvar 2026-cı ildə xaricdən gətirilən hibrid və elektrik avtomobillərinə ƏDV və gömrük rüsumlarına görə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Nəzərə alaq ki, tətbiq edilən bu güzəşt sayəsində ölkəmizin avtoparkında böyük ölçüdə yenilənmə oldu. Hər il onminlərlə hibrid və elektromobillərin gətirilməsi ilə xeyli sayda köhnə avtomobillər əvəzləndi.

Nəticədə ətraf mühitə atılan CO2 emissiyası xeyli azaldı.

Maraqlıdır ki, güzəşt müddətinin sonlanmasına qalan vaxt azaldıqca avtomobil bazarında ajiotaj böyüyür. Məsələn bəzi işbazlar və şirkətlər Çindən qısa zamanda daha çox anoloji avtomobilləri gətirməyə çalışır. Eyni zamanda hibrid və elektrik avtomobillərinin sahibləri də satışla bağlı tərəddüd edirlər. Onlar düşünürlər ki, gömrük güzəştlərinin müddəti uzadılmayacaq, nəticədə elektrik və hibrid avtomobillər kəskin bahalaşacaq.

Bəs, güzəştlərin müddəti uzadılacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Vüqar Bayramov bildirdi ki,  Vergi Məcəlləsinə edilən dəyişikliklərin layihəsi təqdim olunandan sonra hansı qərarın veriləcəyi bəlli olacaq:

“Nəzərə alaq ki, bu məsələ birbaşa Vergi Məcəlləsiylə tənzimlənən fəaliyyətdir. Bununla belə biz vergi güzəştinin uzadılmasını təklif edirik. İstəyirik ki, güzəştin uzadılması təklifinə baxılsın. Üstəlik, bunun həm fiskal qiymətləndirilməsi, həm də avtomobil parkına təsirləri də ayrıca dəyərləndirilsin. Amma hansı qərarın veriləcəyi layihə təqdim olunduqdan sonra bəlli olacaq. Daha sonra layihınin müzakirəsi ətraflı şəkildə həyata keçiriləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO