Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO

Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO

Hazırda oxunan: Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO
270751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı şəhərinə növbəti infotur təşkil olunub.

Bizim.Media xəbər verir ki, infoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib.

Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur iştirakçıları Xocalı şəhərində və Ballıca kəndində olublar. Onlar Xocalı şəhərində və kənddə Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər.

Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər
Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların keçirilməsi davam etdiriləcək.


Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 1
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 2
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 3
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 4
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 5
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 6
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 7
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 8
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 9
Xocalıya infotur təşkil edilib – FOTO/VİDEO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO