Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO

Hazırda oxunan: Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO
270568
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 15-də, Bilik günündə Gəncə şəhər 24 nömrəli tam orta ümumtəhsil məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomiyev, YAP-ın Gəncə təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, məktəbin şəhid məzunu Şahlar Nağıyevin anası Gülgəz Nağıyeva, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirdə çıxış edənlər Azərbaycan təhsilinə olan diqqət və qayğıdan danışıblar.

Qeyd olunub ki, son illər ərzində 600-dən çox orta ümumtəhsil məktəbi yenidən qurulub, əsaslı təmir olunaraq yeni texnika və avadanlıqlarla təchiz edilib.
 

O da vurğulanıb ki, 1979-cu ildə tikilib istifadəyə verilən 24 saylı məktəb 2023-cü ildə əsaslı təmir üçün bağlanıb.


Məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var.

Məktəbdə 897 şagird təhsil alır. Təhsil müəssisəsinin 81 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə, yeni laboratoriyalar və sinif kabinetləri, müasir yüməkxana və idman zalı ilə yaxından tanış olublar.

Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 1
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 2
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 3
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 4
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 5
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 6
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 7
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 8
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 9
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 10
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 11
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 12
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 13
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 14
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 15
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 16
Gəncədə yeni istifadəyə verilən 24 saylı məktəbdə ilk zəng çalındı – FOTO - foto 17

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO