Üz tanıma ilə gedişhaqqı necə ödəniləcək? - DETALLAR

Üz tanıma ilə gedişhaqqı necə ödəniləcək? - DETALLAR

Hazırda oxunan: Üz tanıma ilə gedişhaqqı necə ödəniləcək? - DETALLAR
269690
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-də üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.

Qeyd edək ki, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üztanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər – Gözlənilən qərar…


Sərnişinlərə maraqlıdır ki, üz tanıma ilə ödəniş necə həyata keçiriləcək?

"Azərbaycan Dəmir Yolları" QSC-nin  Kommunikasiya departamentinin əməkdaşı Bəxtiyar Hacıyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, üz tanıma ilə ödəniş “SİMA Pay” vasitəsilə olacaq.

“Hazırda turniketlərdən keçid zamanı “SİMA Pay” – üz tanıma ilə ödəniş sisteminin test işləri davam etdirilir. Məqsəd xüsusilə pik saatlarında turniketlərdə növbələrin, sıxlığın azaldılmasına, sərnişinlərin daha rahat keçidinə nail olmaqdır”.

Bəxtiyar Hacıyev qeyd edib ki, test işləri bitdikdən sonra təfərrüatı ilə məlumat veriləcək.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO