Peşə məktəbinə qəbul ola bilməyənlərə ŞAD XƏBƏR

Peşə məktəbinə qəbul ola bilməyənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Peşə məktəbinə qəbul ola bilməyənlərə ŞAD XƏBƏR
268879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, sentyabrın 4-də peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb.

II mərhələdə qəbul ola bilməyən şagirdlərə maraqlıdır ki,  ötən illərdə olduğu kimi, bu il də III mərhələ olacaq?

Bizim.Media mövzuyla bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Agentliyin mətbuat xidmətindən bildirilib ki, peşə məktəblərinə qəbul prosesinin III mərhələsi olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Kollec və peşə məktəbində oxuyan tələbələrə ŞAD XƏBƏR - Yeni tədris ilindən...


Ancaq prosesin başlayacağı tarix hələki məlum deyil.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə 19 292 nəfərdən 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO