10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb

10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb

Hazırda oxunan: 10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb

268325
Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir. Bu barədə yerli KİV-lərdə müxtəlif məlumatlar yayılıb.

Moderator.azxa0xəbər verir ki, iqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı Azvision.az -a açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur.xa0

Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: “Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”.xa0

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 22 aprel 2019-cu il tarixindən etibarən kredit təşkilatları və poçt rabitəsi milli operatoru vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlayıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO